Sumqayıtdan Fil Dişi Sahilinə uzanan vergi borcu – 21,7 min manat ödənilməyib

25-10-2024, 00:09           
Sumqayıtdan Fil Dişi Sahilinə uzanan vergi borcu –
“Sumqayıt” futbol klubunun keçmiş oyunçusu Abu Dosso 21 min manatdan artıq vergi borcunu ödəməyib.
Qaynarinfo-nun məlumatına görə, Fil Dişi Sahilindən (Kot d’İvuar) olan legioner futbolçunun Dövlət Vergi Xidmətinə 21.721,64 manat vergi borcu var.
Ötən mövsümün sonunda ölkəmizi tərk edən futbolçu barəsində Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilib və onun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” iddia qaldırılıb.
İşə hakim İslam Əliyevin sədrliyi ilə baxılacaq.Qeyd edək ki, Abu Dosso 2023-2024 mövsümündə “Sumqayıt”da çıxış edib. Bu müddətdə 29 Premyer Liqa, 3 Azərbaycan Kuboku matçına çıxıb və 5 məhsuldar ötürmə edib. 28 yaşlı müdafiəçi ölkəmizdə son oyununu mayın 25-də “Qəbələ”yə qarşı keçirib və həmin vaxtdan klubsuzdur.
Afrikalı müdafiəçi əvvəllər vətənində “SO Armee”, İsraildə “Hapoel” (Təl Əviv), “Bney Sakhnin” və “Rişon leZion” klublarında çıxış edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.