Keçmiş MTN naziri Eldar Mahmudovun daha bir korrupsiya əməlinin üstü açılıb
25-10-2024, 15:46
Keçmiş MTN naziri Eldar Mahmudovun daha bir korrupsiya əməlinin üstü açılıb. Bu dəfə isə İspaniyada, onun kurort adası Mallorkada. Bu dəfə övladlarının adına alınmış mülklər haqda İspaniya Prokurorluğu onların haqqında artıq araşdırma başlayıb. Mülklərə xərclənən pulun 100 milyon avro dəyərindəki mənbəyi şübhəli, qanunsuz vəsaitlər olub. İspaniya KİV-i yazıb.
Sual olunur. Eldar Mahmudov bu qədər xalqın və dövlətin vəsaitini mənimsəmək, korrupsiya, reket əməlləri ilə sahibkarları və hətta, yüksək çinli məmurları sıxışdırmaqla, qalan, neçə növ əməllərlə insanlara zülm etməklə nə qazandı? Deyim. Pisliklərlə həyatda qazancı 2 şey oldu.
Birisi özünün həyatı, şəxsiyyəti, karyerasına ən ağır ləkələr qazandı. Elə bir ləkə ki, ömür boyu onu silə bilməz. Nə qədər evlər yıxdığı ailələrin lənət qarğışını qazandı. Onu da silə bilməz heç vaxt. Özünü dövlətin, xalqın yanında heç elədi. Ölkə xaricində də, yaramaz məmur kimi tanınır.
İkincisi, öz gənc övladlarını da, öz korrupsiya, qanunsuz əməllərinə bulaşdırmaqla onlara da bir çörək verdi. Onlar da, yaşadıqca, cəmiyyət içində hər zaman mənfi neqativ baxışlara tuş gələcəklər, atalarına olan qınaqlara, nifrətlərə. Bu, xöşbəxtlik deyil, bədbəxtlikdir insan üçün.
Ilqar Altay
TEREF