Tərlan Bəbirovun tenderi nəzarət orqanı tərəfindən ləğv olundu

28-10-2024, 11:16           
Tərlan Bəbirovun tenderi nəzarət orqanı tərəfindən ləğv olundu
Xəzər Tibb Mərkəzinin elan etdiyi tenderin nəticələri ləğv edilib.

XALQ.AZ məlumat verir ki, Anti İnhisar və istehlak Bazarına nəzarət Dövlət Xidməti Xəzər Tibb Mərkəzinin elan etdiyi tenderi ləğv edib. Xəzər Tibb Mərkəzi Mətbəə məhsullarının satılnaması tenderini nəzarət orqanın qərarı ilə ləğv olunması ilə təsdiq olunub. Belə ki, müsabiqəyə təklif verən malgöndərənlərin kənarlaşdırılması səbəbilə müsabiqənin tamamlanması mümkün olmaması səbəbindən baş verib.

Xatırladaq ki, Xəzər Tibb Mərkəzinin direktoru Tərlan Bəbirovdur. Xəzər Tibb Mərkəzinin həkimləri barəsində ölkə mətbuatında davamlı tənqidi xəbərlər dərc olunsada mərkəz fəaliyyətində dönüş yaratmayıb. Davamlı həkimlərdən narazılıqlar edən Xəzər sakinləri bildirirlər ki, müayinə zamanı ancaq reseptlərə firma dərmanları yazırlar. Təqaüdçülər o dərmanları ala bilməməsi səbəbindən başqa həkimlərə müraciət etmələri məcburiyyətində qalırlar. Həmçinin Xəzər Tibb mərkəzində sistem işləməməsi və həkim növbəsinə yazılmaq problemi mütəmadi yaşanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.