Marqarin idxalı kəskin artıb – Marketlərdə 3 dəfə baha satılır

31-10-2024, 09:51           
Marqarin idxalı kəskin artıb –
Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 270,4 marqarin idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara görə, idxal olunan marqarinin 1 kiloqramının orta gömrük dəyəri 1,2 dollar (2 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə marqarin idxalı 45% və ya 394 ton artıb.
İdxal olunan marqarinin orta gömrük dəyəri isə 5% aşağı düşüb.
Onu da qeyd edək ki, bu ilin sentyabr ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 5,6 manat olub və bu, idxal olunan marqarinin orta gömrük dəyərindən 2,8 dəfə çox olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru