Əmək Məcəlləsi işəgötürənlə işçinin münaqişəni necə çözür?

6-11-2024, 17:08           
Əmək Məcəlləsi işəgötürənlə işçinin münaqişəni necə çözür?
Əksər hallarda işçilər belə hesab edirlər ki, əmək intizamının pozulması ilə əlaqədar İşəgötürənin onlardan tələb etdiyi - İzahatın verilməməsi daha doğrudur, bu onlara qarşı intizam tənbehi verilməsinin qarşısını alar və ya qanunsuz hesab edilə bilər. Əslində isə:
1. İntizam tənbehi verilməmişdən əvvəl - işəgötürən tərəfindən işçidən yazılı İzahatın alınması AR-sı Əmək Məcəlləsinin tələbidir.
2.AR Əmək Məcəlləsinə əsasən, İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir,qarşın almır
3. Bu hallarda İzahatın verilməsi İşəgötürənin deyil,daha çox işçinin maraqlarına uyğundur.
4. İzahatda işçi zənn edilən və ya həqiqətən pozulan əmək münasibətlərində özünü yazılı olaraq müdafiə edə bilər.
5. Baş vermiş hadisə və ya pozuntuda özünü günahsız olduğunu bildirə, əsaslandıra bilər.
6. Baş vermiş hadisə və ya pozuntu halının qəsdən deyil, ehtiyatsızlıqdan baş verdiyini bildirə bilər.
7. Baş vermiş hadisə və ya pozuntunun onun özünün deyil, başqa şəxs tərəfindən və ya başqa işçinin təqsiri üzündən baş verdiyini bildirə bilər, öz fikrini əsaslandıra bilər.
8. Yazılı İzahatda işçi özünü müdafiə etməklə daha yüngül intizam tənbehi və ya intizam tənbehi sayılmayan xəbərdarlıq ala bilər.
9. İşçi - şifahi şəkildə bildirə bilmədiyi və ya imkan verilmədiyi halda, öz fikrin, etiraz və ya əsaslandırmasını yazılı ifadə edə bilər.
10. Onun barəsində verilmiş Təqdimatda olan əsasların qanunsuz olması barədə yazılı etiraz təqdim edə bilər.
11. İşçinin İzahatı bu barədə verilən Əmrə əlavə edilməklə, müəyyən müddət qorunub saxlanılır.
12. İşçi, Yazılı İzahatın verilməsindən İmtina etdikdə, bu barədə müvafiq - Akt da tərtib edilə bilər.
13. İşəgötürən tərəfindən işçinin bu barədə yazılı İzahatında olan arqumentlər müvafiq qaydada araşdırılmalı və nəzərə alınmalıdır.
Azer Quliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.