Nədən İşəgötürənlər bu sahədə bu qədər açıq formada işçilərin hüquqlarını pozur?

6-11-2024, 18:08           
Nədən İşəgötürənlər bu sahədə bu qədər açıq formada işçilərin hüquqlarını pozur?
İşçilərin:əmək və məzuniyyət haqlarının, eyni zamanda ezamiyyə xərclərinin-işçilərə əmək qanunvericiliyində nəzərdə tutulmuş qayda və şərtlərdə hesablanması və ya ödənilməsi ilə bağlı da Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına mütəmadi olaraq sual daxil olur.
Sual olunur, nədən İşəgötürənlər bu sahədə bu qədər açıq formada işçilərin hüquqlarını pozur? Burada səbəblər əlbəttə çoxdur: işçi, işəgötürənlər, yuxarı təşkilatlar, həmkarlar, dövlət, vergi, maliyyə orqanları, məhkəmə və sair.
Bu sahədə işəgötürənlərin - işçilərin əmək hüquqlarını açıq şəkildə pozmasının əsas səbəbi isə: əmək qanunvericiliyinə Dövlət nəzarətini həyata keçirən - Dövlət Əmək Müfəttişliyi Xidməti və əmək müfəttişlərinin işəgötürənləri inzibati məsuliyyətə cəlb etməməsidir. Halbuki:
İşçinin: əmək, məzuniyyət haqları, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan - min beş yüz manatadək məbləğdə cərimə edilir.
İşçinin: məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Əgər, əmək qanunvericiliyinə Dövlət nəzarətini həyata keçirən - Dövlət Əmək Müfəttişliyi Xidməti və əmək müfəttişləri bu barədə müvafiq inzibati qərar qəbul etsələr heç bir İşəgötürən işçinin hüquqlarını bu qədər açıq formada pozmaz.
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət orqanı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir.
Azer Quliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.