Birdəfəlik istifadə üçün telefon və noutbuk xəbərdarlığı yalnız Azərbaycanlamı bağlıdır ?
7-11-2024, 09:14
COP29-la bağlı yayılan məlumatlar işərisində Azərbaycana gələn nümayəndələrə yalnız "birdəfəlik telefonlar və noutbuklar verilməsi" məsələsi diqqət cəkir.
Xatırladıram ki, birdəfəlik telefon və noutbuklar təhlükəsizlik məqsədilə istifadə edilir, qısa müddətlik- bir neçə zənglər üçün nəzərdə tutulur, məlumat sızmasını əngəlləyir, internetə çıxış olmur, yalnız SMS funksiya aktiv olur, istifadəçi məlumatları telefonda saxlanılmır, avadanlıq sonradan məhv edilir .
Bəzi ölkələr və beynəlxalq qurumların da COP29-da iştirak edəcək nümayəndələrinə təhlükəsizlik məqsədilə bu tip avadanlıqlar təqdim etdikləri bildirilir.
Maraqlıdır ki, xaricdəki müəyyən dairələr bunun məhz Azərbaycana qarşı edildiyini qabardırlar.
Azərbaycana səfərin təhlükəli ola biləcəyi ilə bağlı xof yaratmaq istəyirlər. Guya burada hansıa bir Conun şəxsi telefonuna kiber müdaxilə ola bilər və məlumatları ələ keçirilə bilər.
Əslində isə əksəriyyət ölkələrdə və beynəlxalq qurumlarda təhlükəsizlik məqsədilə belə bir praktikadan istifadə edilir. Əməkdaşlarının, yaxud müxtəlif olimpiada və beynəlxalq tədbir iştirakçılarının kibertəhlükəsizliyinin qoruması üçün bu tip addımlar atılır. Yəni yalnız rəsmi şəxslər üçün deyil, adi vətəndaşlar üçün də belə hallar olur.
Və bu, yalnız Azərbaycana səfər edənlər üçün deyil.
Bir çox xarici ölkələrə səfərələrdə belə praktika normal hal hesab olunur. Səksən minlik bir tədbirə qatılan bəzi informasiya daşıyıcıları üçün təhlükəsizlik xidmətləri tərəfindən belə tövsiyyələrin verilməsi ağlabatandır. İnformasiya təhlükəsizliyi ilə bağlı risklər hər yerdə var.
Sadəcə, bunun yalnız Azərbaycanla bağlı olmasını qabartmaq, yumşaq desəm doğru bir hal deyil, qarayaxmadır.
Xatırlayıram ki, çox sayda ölkələrin təhlükəsizlik xidmətləri hətta müxtəlif ölkələrdə keçirilən hansısa olimpiadalara gedən idmançılarına da belə tövsiyyələr verirlər.
İstisna etmirəm ki, bizim xüsusi xidmət qurumları da bəzi xarici tədbirlərdə iştirak edən dövlət rəsmilərimiz, əhəmiyyətli informasiya daşıyıcısı ola biləcək vətəndaşlarımız üçün də bu tip tövsiyyələr verirlər.
Yəni belə praktikanın olmaması təəccüblü olardı.
Osman Gunduz
TEREF