Bu dünyanın işlərini bilmək olmur
7-11-2024, 09:34
Vaxt vardı Twitter iki gündən bir o zaman prezident olan Donald Trampın tvitlərini bloklayırdı, kefləri istəyəndə onun mesajlarını "qaydalara ziddir" ittihamı ilə silirdilər.
Hətta bir ara onun paylaşımını deyil, ümumiyyətlə hesabını yerli-dibli silmişdilər.
Yəni zamanında Twitter, o cümlədən başqa sosial media qurumları Trampa yetərincə maneçiliklər ediblər.
Zaman yetişdi və İlon Mask Twitteri 40 milyarda aldı və adını da dəyişib X qoydu.
X və X-in yeni sahibi İlon Mask bu seçkilərdə Trampa hədsiz köməklik göstərdi.
Görünən bu oldu ki, sanki Tvitter elə X günü üçün, Trampın seçkisinə dəstək üçün alınmışdı.
İlon Maskın məşhur tvitləri, verdiyi 120 milyon ianə, digər milyarderləri bu prosesə təşviq etməsi, seçki qərargahından verdiyi mesajlar Trampın qalib gəlməsində əhəmiyyətli rol oynadı.
Beləliklə, zamanında Trampa zərbə vuran bir sosial resurs 4 il sonra başqa adla və başqa sahiblə onun yenidən prezident seçilməsində böyük rol oynadı.
Osman Gunduz
TEREF