SOCAR prezidenti cənab Rövşən Nəcəf ARƏM Maddə 310-dan xəbəri varmı, varsa onu axıra qədər oxuyubmu?
Bu gün, 08:24
SOCAR prezidenti cənab Rövşən Nəcəf! Ölkəmizin Əmək Məcəllələsində belə bir maddə var. Mənə elə gəlir ki,nə Dövlət Əmək Müfəttişliyi Xidməti nə də ki şirkətin vəzifəli şəxsləri bu maddəni oxumayiblar.
Bəlkə,bu maddə Məcəllənin sonuna yaxın olduğu oxuyub sona çata bilməmisiniz.Ancaq zamana ehtiyacı var cənablar!
ARƏM Maddə 310.
İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar
Təşkilatımızın 2022-ci il üzrə hesabatından:
SOCAR dəniz obyektlərində(platforma,özüllər və s) çalışan 20-21 nəfər neftçi SWHS HELICOPTER SERVICES şirkətinə məxsus MI8 markalı helikopter aparılıb gətirilir. İşçilər son zamanlar havada uçuş zamanı helikopter mühərrikində nasazlıq yaranması halını müşühidə ediblər. İşçilərin dediyinə görə helikopterlər köhnədir və onların iş resursu tükənib. Buna görə də uçuş zamanı mühərrik və diğər hissələrində problemlər yaranır. Problem əsasən AZE 69 və 71 və 73 nömrəli helikopterlərdə müşahidə olunub. Son 3 ay ərzində uçuş bir neçə dəfə yarımçıq saxlanılıb və məcburi eniş olunub. Pilotlar işçilərə məcburi enişin,helikopterin resurslarının tükəndiyi ilə əlaqələndiriblər
2023-cü il üzrə
Dəniz obyektlərində vaxt metodu ilə çalışan işçiləri dəniz və hava nəqliyyatı ilə təmin olunur. İşçiləri dərin dəniz özüllərinə aparan helikopterlər və gəmilər köhnədir. 60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir. Məs:
5 may- Azneft 28 May adına neft qaz çıxarma idarəsi(NQÇİ) -nin 3 saylı Dərin Dəniz Özülü( DDÖ -3) və 10 saylı Dərin Dəniz Özülünə (DDÖ 1) növbə dəyişəcək neftçiləri aparmalı olan AZE 72 markalı helikopterdə nasazlıq olub. Helikopter işçiləri yığıb aparmaq istəyəndə tüstüləyib. İşçilər başqa nəqliyyatla təmin olunmayıb.
9 iyun - AZE 69 markalı helikopter xarab oldu. Növbə dəyişən neftçilər güclə Pirallahı helikopter meydançasına çatdırılıb.
3 iyul AZE-73 markalı helikopter Pirallahı helikopter meydançasına eniş edərkən əyləc partlayıb. Keçən iki ay ərzində helikopter 6 dəfə xarab olub
24 iyul AZE 69 markalı helikopter havaya qalxa bilməyib və s.
08 avqust-İşçiləri dərin dəniz özüllərinə (DDÖ) aparan helikopterlər köhnədir. Keçən iki ay( may,iyun) ərzində helikopter 6 dəfə xarab olub. Bu helikopterlərdən istifadə , işçilərin həyatı üçün təhlükədir.
6 Sentyabr - Qalxmağa hazırlaşan vertalyot qəfil xarab oldu. Xoşbəxtlikdən nasazlıq havada baş vermədi. AZE-73 markalı vertalyot ( ölüm maşını ) Pirallahıya eniş edərkən əyləc şankı partladı və az qala AZAL- ın işçilərini tələf eləmişdi .Problem əsasən AZE 69 və,71 ,72 və 73 nömrəli helikopterlərdə müşahidə olunur. Pilotlar işçilərə məcburi enişin,helikopterin resurslarının tükəndiyi ilə əlaqələndiriblər.
2024-cü ildə (araşdırılır)
May - Bu gün AZE 72 saylı helikopter bloklar arası uçuş keçirərkən böyük qəzadan qurtardı. Saat 11 də 8 saylı özülə eniş qalxış edib, təxminən 11:10 da .7 ci bloka enəndə otura bilmədi. İş o yerə gəldi çatdı ki axırda bortun mexaniki dedi ki tərpənməyin tutun bir yerdən ki əzilməyin və ilin əvvəlindən 5-ci dəfədir ki, bu kimi problemlər təkrar olunur.
Sual:
Bir hüquq müdafiəçisi kimi bilmək istəyirəm: - Niyə işçiəri dəniz platformalarına aparıb gətirmək üçün texniki cəhətdən nasaz,köhnə, təhlükəli helikopterlərdən istifadə olunur?
Özünüz ,yaxud sahə üzrə məsul şəxslər bu helikopterlərdən istifadə edib?
Mirvari Gahramanli
TEREF