Neft ucuzlaşdı, dollar bahalaşdı, bitkoin rekord qırdı - Tramp iqtisadiyyatı alt-üst etdi
7-11-2024, 11:22
Donald Trampın ABŞ prezident seçkilərində qalib gəldiyini elan etməsindən sonra ABŞ istiqrazlarının gəlirləri və dollar bahalaşıb.
TEREF xəbər verir ki, bitkoinin qiyməti 75 min dolları keçərək rekord qırıb. ABŞ-da 10 illik xəzinə istiqrazı faizi 18 bənd artaraq 4,47 faizə yüksəlib. 2 illik xəzinə istiqrazı da 4,31 faiz artıb. Dollar indeksi 1,5 faiz artaraq 104,97-yə çatıb. Dollar indeksi 2023-cü ilin əvvəlindən bəri ən böyük gündəlik yüksəlişini həyata keçirib. Qızılın isə unsiya qiyməti 0,4 faiz azalaraq 2732 dollar olub. ABŞ-da prezident seçkilərindən sonra möhkəmlənən dollar neft və mis qiymətlərinə də təsir edib.
Brent markalı neftin barreli 2,5 faiz azalaraq 73,64 dollar, “West Texas Intermediate” (WTI) markalı xam neftin barreli isə 2,4 faiz azalaraq 70,23 dollar olub. Analitiklər hesab edir ki, Trampın miqrasiyanıməhdudlaşdırmaq, vergi və tarifləri azaltmaq planları qlobal aktivlərə təsir edib./Metbuat.az