Ölkəmizdə "Google verigisi" işə düşüb : Artıq Apple xidmətlərini alanda vergini vətəndaş deyil, elə Apple ödəyəcək
Bu gün, 16:14
Xatırladıram ki, ötən ilin sonu hökumətin qərarı çıxmışdı ki, ölkəmizdə internet üzərindən xidmət göstərən, elektron ticarətlə məşğul olan qlobal xarici şirkətlər də vergiyə cəlb ediləcək.
Qlobal şirkətlərin vergiyə cəlb edilməsi üçün Dövlət Vergi Xidməti cari ilin əvvəlində bir elektron platforma hazırlayıb və indi görünür ki artıq bu platforma işləkdir.
DVX elan edib ki, artıq “Apple Distribution International Limited” DVX-nin bu elektron platformasında qedyiyyatdan keçərək VÖEN alıb və vergi ödəyicisi olub.
Bundan sonra App Store, iCloud, Apple Music, Apple TV və s. bu tip xidmətləri alanlar yalnız xidmətin real dəyərini ödəyəcəklər. Vergisini isə Apple ödəyəcək.
Əlbəttə, qlobal şirkətlərin bu platformada qeydiyyatı könüllüdür. Amma hansı xarici şirkət qedyiyyatdan keçmirsə itirən hökumət yox, biz oluruq 🙂
Çünki qeydiyyatdan keçməyənlərin hansısa xidmətini, yaxud məhsulunu alanda onun üzərinə bu vergi də gəlir və biz həm xidmətin dəyərini və həm də vergisini də üzərinə gəlməklə ödəniş edirik.
Hansı xarici şirkət bu platformada qeydiyyatdan keçibsə, biz artıq onun xidmətinin real dəyərini ödəyəcəyik və onun vergisini isə bu şirkətin özü ödəyəcək
Yeri gəlmişkən, məhz bu baxımdan bu tip vergilərdən yayınmaq üçün ölkəmizdə xarici bankların kartlarından da istifadə edilir.
Xatırladıram ki, qonşu ölkələrdə “Google vergisi” adlanan bu sistem xeyli öncədən aktivdir.
Bu ölkələrdə qlobal şirkətlərdən milyonlarla vergi toplanır.
Hökumətin, DVX-nin gec də olsa belə bir elektron platforma yaratması təqdirəlayiqdir.
Düşünürəm ki, bu platformanı qlobal şirkətlər arasında təşviq etmək lazımdır. DVX bu istiqamətdə işləri gücləndirməlidir.
Qlobal şirkətlərin ölkəmizdəki nümayəndələri, təmsilçiləri və tərəfdaşlarının isə bu paltformanı (ecommerce.e-taxes.gov.az/) həmin şirkətlərə təqdim etməsi faydalı olardı.
Osman Gunduz
TEREF