Praktikada və məhkəmə qərarında tədbiq olunmasada və ya çox nadir hallarda tədbiq olunsada işçilərin - AR Əmək Məcəlləsi ilə belə hüquqları da var.
Bu gün, 16:34
İşəgötürən, əmək münasibətləri prosesində hansı hallarda İşçiyə vurduğu-mənəvi ziyana görə maddi məsuliyyət daşıyırmı? İşəgötürən, əmək münasibətləri prosesində bu hallarda İşçiyə vurduğu - mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. İşçiyə vurulmuş mənəvi ziyan: işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs və ya şəxslər tərəfindən hər hansı yol və ya üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, şər atılması, alçaldılması və ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, əmək kollektivi arasında gözdən salınması məqsədi ilə onun barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına və əxlaq normalarına, milli qürur hissinə və etiqadına zidd olan digər əməl və hərəkətlər nəzərdə tutulur. Mənəvi ziyan vurulduğunu iddia edən işçi bu barədə əvvəlcədən İşəgötürənə, İşəgötürən tərəfindən tələbi təmin olmadıqda isə İddia ərizəsi ilə məhkəməyə müraciət etməli, bu barədə olan ərizəsində ona dıyən mənəvi ziyanın məbləğini göstərməlidir. İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği: mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işgüzar nüfuza, işəgötürənin və işçinin şəxsiyyətinə,işin mənəvi ziyan barədə faktik hallarına, ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Azər Quliyev. TEREF