Bu dəfə 'Kontakt Home' onu çilədən çıxardı - "Bu məsələnin ardınca gedəcəm..."

8-12-2024, 09:12           
Bu dəfə 'Kontakt Home' onu çilədən çıxardı - "Bu məsələnin ardınca gedəcəm..."
Azərbaycanda yaşayan məşhur türk bloger Ogün Özdemir "Kontakt home"dan şikayətçidir.
Ajans.az-ın xəbərinə görə, influenser sözügedən mağazadan məhsul alıb və xəyal qırıqlığı yaşayıb.

Şikayətçi bildirib ki, "Kontakt home"dan bir məhsul alıb və 24 saat keçmədən fərqinə varıb ki, aldığı məhsulun ciddi batareya problemi var:

“Məsələn, 2 saat işlətdim. Gördüm ki, batareyası 95 faizdən 10 faizə düşüb. Aidiyyatı qurumlara şikayət etmişəm. "Kontakt home"u məhkəməyə də verirəm. Təzminatımı alacam.

Mən, "Kontakt home"un öz ofisinə də şikayət etmək üçün getdim. Mənə dedilər ki, bəlkə zavoddan problemli gəlib. Siz, onu öz batareya aləti ilə şarj edin.

Mən bu məsələni ictimailəşdirəcəm. Bu məsələnin ardınca gedəcəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru