Pirşağı sakinlərini bezdirən problemlər: Subasma və rezin qoxusu VİDEO

8-12-2024, 10:30           
Pirşağı sakinlərini bezdirən problemlər:
Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsinin Ağa Əlizadə küçəsinin sakinləri iki problemdən şikayət edirlər.

Onlardan biri evlərə suyun dolması ilə bağlıdır.

Qəsəbə sakini Rüfət Kərimovun sözlərinə görə, hər dəfə yağış yağanda evlərə su dolur. Şikayətçi deyib ki, problem səbəbindən ərazidəki hasar çöküb:

"Bezmişik. Artıq neçə ildir əziyyət çəkirik. İcra orqanından, bələdiyyədən gəlib, baxıb gediblər".

R.Kərimov digər problemin evlərinin yaxınlığında açılan zavoddan qaynaqlandığını vurğulayıb:

"Dəfələrlə özlərinə demişəm. Rezinin qoxusundan evdə oturmaq mümkün deyil". O, qoxunun xərçəng xəstəliyi yarada biləcəyindən ehtiyat edir.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru