Hotellərdə dekabr üçün orta qiymət 25%-ə yaxın artıb

9-12-2024, 15:34           
Hotellərdə dekabr üçün orta qiymət 25%-ə yaxın artıb
Bu il Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com vasitəsilə bir gecə qalmaq üçün orta qiymət 154,3 manat təşkil edib.

İndex.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 24,2% çoxdur.

Təkcə dekabr ayında isə booking.com-da ölkə hotellərində bir gecə qalmaq üçün orta qiymət 149,7 manat olub ki, bu da bir il əvvələ nisbətən 24,7 % çoxdur.

Müqayisə üçün, İstanbul hotellərində yanvar-dekabr aylarında orta qiymət 166 manat təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % azdır.

Gürcüstanda isə yanvar-dekabr aylarında hotellərdə bir gecə qalmaq üçün orta qiymət 133 manat olub (-9,2 %).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru