Sumqayıtda şagirdlər yağış sularına görə ÇIXILMAZ VƏZİYYƏTDƏ

10-12-2024, 16:48           
Sumqayıtda şagirdlər yağış sularına görə ÇIXILMAZ VƏZİYYƏTDƏ
İntensiv yağan yağışlar Sumqayıtda bir sıra problemlər yaradıb.

Yolları su basdığından 5 nömrəli tam orta məktəbin şagirdləri çətinliklə üz-üzə qalıblar.

"1963-cü ildən burada yaşayıram. Su getmir, məktəblinin nə günahı var? Deyirlər ki, onlar bizim gələcəyimizdir. Hanı bizim gələcəyimiz?!", - deyə sakin narazılığını dilə gətirib.

Yaranan vəziyyətlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ərazidə kanalizasiya borusu tutulub.

Regional Sukanal İdarəsinin qəza briqadası xəttin fəaliyyətini bərpa edib.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru