“Təmiz Qaz” QSC-nin 700 işçisi İXTİSARA SALINIR – ailə başçısı ailələrinin aclıqla üzləşəcəkləri anons etdi

Dünən, 16:56           
“Təmiz Qaz” QSC-nin 700 işçisi İXTİSARA SALINIR – ailə başçısı ailələrinin aclıqla üzləşəcəkləri anons etdi
“Azəriqaz” İstehsalat Birliyi “Təmiz Qaz” QSC ilə bağladığı xidmət müqaviləsində dəyişiklik edərək göstərilən xidmətlərin sayını kəskin azaltması qərarı verib.

Bu barədə Musavat.com-a daxil olan məlumata görə bu qərardan sonra “Təmiz Qaz” QSC kütləvi ixtisarlar gözlənilir.

Məsələ ilə bağlı işçilərə müvafiq bildiriş təqdim olunur. Həmin bildirişdə qeyd olunur ki, “Azəriqaz” İB ilə bağlanmış 01.07.2021-ci il tarixli satınlama müqaviləsində nəzərdə tutulan yerüstü qaz kəmərlərinə texniki baxışın keçirilməsi, qaz tənzimləyicilərin yoxlanılması və sazlanması, yerüstü siyirtmələrə texniki baxışın keçirilməsi xidmətlərinin Sifarişçi tərəfindən ləğv edilib. Bunun nəticəsində nəzərdə tutulan orta və aşağı təzyiqli (bir pillə iki pillə) yerüstü qaz kəmərlərinə və onların üzərində olan bütün növ qurğu və avadanlıqlara göstərilən texniki baxışın 2025-ci ilin yanvarın 1-dən etibarən dayandırılması nəzərdə tutulur.

Bundan sonra həmin işlər Sifarişçinin özü tərəfindən həyata keçiriləcək. Həmin işlərin Sifarişçi tərəfindən ləğv edilməsi “Təmiz Qaz”ın müqavilə üzrə əldə etdiyi gəlirin 1/2 hissəsinin itirilməsi ilə nəticələnəcək. Texniki baxış xidmətlərinin sifarişçi tərəfindən ləğv edilməsi səbəbindən “Təmiz Qaz”ın bilavasitə həmin xidmətlər üzrə işə götürdüyü işçilərə və bu xidmətlərin icrası ilə əlaqədar digər struktur və bölmələrdə işə götürülmüş işçilərə ehtiyacı qalmır.

“Təmiz Qaz” QSC artıq Bakı və rayonlarda çalışan 700 işçisinə 2025-ci il yanvarın 1-dən ixtisar edildikləri haqda xəbərdarlıq təqdim edib. Əsasən fəhlə sinfinə aid olan işçilərin orta yaş həddi 40 və üstündədir. Əksəriyyət isə ailəlidir. “Təmiz Qaz” QSC-nin bu qərarı 700 ailənin gəlirdən məhrum edilməsi deməkdir. İxtisara salınmış işçilər ölkə və SOCAR rəhbərliyindən baş verənlərə müdaxilə edilməsini, ixtisar edilmələrinin qarşısının alınmasını xahiş edirlər.

Bildirirlər ki, yeganə gəlir yerlərindən məhrum edilmələri özləri və ailələri üçün acınacaqlı nəticələr verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.