KQTİ -nin Neft Daşları sahəsində 2585 və 1887 saylı özüllərdə növbə dəyişilməsi böyük problem olub
Dünən, 12:34
Növbə dəyişikliyi niyə bu qədər çətin ,həlli tapılmayan, yaxud həllinə cəhd göstərilməyən(???) problem olub? Məqsədli, qeyri-peşəkar və yaxud pis idarəetmə,...???
SOCAR rəsmiləri, seqment (özünüzün təbirincə ) üzrə məsul şəxs(qurum)! Əgər siz(sizlər) 15 gün dəniz şəraitində işləyib, yaşayıb, işə gah köhnə, texniki cəhətdən nasaz ,bəzən tüstüləyən helikopterlə, yaxud vaxtlı vaxtında təmin olunmayan gəmi ilə getsəydiniz , dəfələrlə qeyd olunan problemi yaşasaydınız,yaxud bircə dəfə bu işçilər kimi,min əziyyətlə iş yerinə gedib gəlsəydiniz ,bəlkə onda problemi zamanında həll edərdiniz.
Saya sayılmayan ,daima davam edən şikayət:
KQTİ -nin Neft Daşları sahəsində 2585 və 1887 saylı özüllərdə növbə dəyişilməsi böyük problem olub . 4 gündü hava şəraitinə görə gəmilər işləyə bilmir deyilənlər ( halbuki ayın 9 dan dəyişmək mümükün idi bundan sonra 7 gün heç mümkün olmayacaq. çünki bərk küləklər əsəcək). Vertalyot deyilən bir nəqliyyat növü də var . Trestin rəhbəri zamanında nəqliyyat departamentinin rəisi işləyib belə şeyləri yaxşı bilər . İnsan faktorudu bu. insanlar evə ailəsinin yanına getmək istəyir. Evdə oturanlarda işinə getmək istəyir. Növbə dəyişikliyi niyə bu qədər böyük problemə çevrilib? SOCAR kimi böyük bir şirkət hansı ki dünyada reklam üçün hər yerə adın yazdırır. SOCAR-da növbə dəyişikliyi həll oluna bilməyən böyük problem olub.
Mirvari Gahramanli
TEREF