Zaqatalada məktəb PROBLEMİ: Şagirdlərin qarşısına İLANLAR ÇIXIR

13-12-2024, 09:27           
Zaqatalada məktəb PROBLEMİ: Şagirdlərin qarşısına İLANLAR ÇIXIR
Zaqatalanın Kəpənəkçi kənd orta məktəbi yararsız vəziyyətdədir.
TEREF Xezerxeber.az-a istinadən məlumat verir ki, ötən əsrin 60-cı illərində 8 illik məktəb kimi istifadəyə verilən binanın təmirə ehtiyacı var.

Məktəbdə şagirdlər sınıq pəncərələri olan siniflərdə dərs keçirlər. Burada döşəmə, tavan və qapı-pəncərələr yararsız haldadır.

1 000 nəfərdən çox əhalisi olan kənd məktəbində 170 şagird təhsil alır və 30-a yaxın müəllim çalışır.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Kəpənəkçi kənd tam orta məktəbinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə aidiyyəti üzrə müraciət edilib.

Həmçinin, qeyd edilib ki, təhsil müəsisələrinin təmiri və tikintisi növbəlilik əsasında həyata keçirilir.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru