Evlərə günəş panellərinin quraşdırılması neçəyə başa gəlir?

13-12-2024, 10:38           
Evlərə günəş panellərinin quraşdırılması neçəyə başa gəlir?
Son illər günəş panellərinin qiymətlərində ucuzlaşma müşahidə edilir.

Xezerxeber.az məlumat verir ki, Azərbaycanda günəş panellərindən istifadə artıb.

Alternativ enerji üzrə mütəxəssis Sulduz Abbasov bilidirib ki, daha çox böyük müəssisələr və ticarət obyektləri, öz enerji ehtiyaclarını qarşılamaq və xərcləri azaltmaq məqsədilə günəş panelləri quraşdırırlar. Günəş enerjisi sistemi neçə kilovat gücündədirsə, qiymət o qədər yüksək olur.

Bir ev üçün, adətən, 3-5 kilovat gücündə bir sistem kifayətdir. Kiçik sistemlərin quraşdırılması yalnız avadanlıq və quraşdırmanı əhatə etməklə 2 000 - 3 500 AZN arasında ola bilər. Böyükölçülü sistemlərin quraşdırılması daha yüksək, təxminən 8 000 - 15 000 AZN arasında qiymətləndirilir.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru