Bələdiyyə seçkilərində namizədliyi irəli sürülənlərin sayı 3662 nəfərə çatıb

13-12-2024, 18:54           
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülənlərin sayı 3662 nəfərə çatıb
İndiyə qədər bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülən şəxlərin sayı 3662 nəfərə çatıb.

Bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında sədr Məzahir Pənahov deyib.

Bu, 108 dairə üzrə ümumilikdə 548 bələdiyyəni əhatə edir. İndiyə qədər 1397 nəfərə imza vərəqələri verilib.

O bildirib ki, müraciətlərin sayı Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların çoxunun budəfəki bələdiyyə seçkilərində iştirak etmək niyyətində olduğunu deməyə əsas verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru