11 ildir həll edilməyən məsələ: Qəsəbə sakinləri su xətinin çəkilməsini gözləyirlər

14-12-2024, 16:38           
11 ildir həll edilməyən məsələ:
Xəzər rayonu, Binə qəsəbəsi, şəhid Elgün Hüseynov adına olan küçədə su problemi yaşanır.

Xəzər TV xəbər verir ki, qəsəbənin bəzi küçə və məhəllələrinə su xətti çəkiblər, amma digərlərində yoxdur. Onlarla sakin suyu ya maşınlarla alır, ya da mağazadan almaq məcburiyyətində qalır.

Sakinlər iddia edirlər ki, qəsəbədən keçən su xətti onların yaşadığı məhəllədən təxminən 1 kilometr uzaqdadır, onlar isə 11 ildir, həmin yerdən çəkiləcək su xəttinin yolunu gözləyirlər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, su xəttinin çəkilməsi ilə bağlı müvafiq addımlar atılıb. Qeyd olunan əraziyə su xəttinin çəkilməsi ilə bağlı layihə sənədləri tərtib edilib. Layihənin icrası yönündə növbəti mərhələ maliyyə qiymətləndirilməsindən ibarət olacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru