Azərbaycanda mənzillər 10% bahalaşıb

18-01-2025, 10:24           
Azərbaycanda mənzillər 10% bahalaşıb
2024-cü ildə Azərbaycanın mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9,9% artıb.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bahalaşma ilkin mənzil bazarında 11,3%, təkrar mənzil bazarında isə 9,8% olub.

Bundan başqa, ötən ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rübə nisbətən 3,3% yüksəlib. Bu artım ilkin mənzil bazarında 2,8%, təkrar mənzil bazarında isə 3,3% təşkil edib.

Mənzil bazarındakı qiymət artımı sektorun dinamik inkişafını və tələbatın artdığını göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru