Mərkəzi Bank “Azər-Türk Bank”a icrası məcburi göstəriş verib

Bu gün, 10:14           
Mərkəzi Bank “Azər-Türk Bank”a icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) səhmlərinin 75 %-i dövlətə məxsus olan “Azər-Türk Bank” ASC-yə icrası məcburi sərəncam verib.

Bu barədə AMB xəbər verir.

Məlumata görə, “Azər-Türk Bank” “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 14.1-ci bəndinin tələbini pozduğu üçün “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbi rəhbər tutularaq, Banka müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması, qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Həmin bəndə görə, sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklarda leverec əmsalı ( I dərəcəli kapitalının balans aktivlərinə və balansdankənar öhdəliklərə nisbəti) 4 %-dən az olmamalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.