AMB “Azərpoçt”a icrası məcburi göstəriş verib

24-01-2025, 10:34           
AMB “Azərpoçt”a icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə icrası məcburi göstəriş verib.

Bu barədə AMB xəbər verir.

Məlumata görə, dövlət şirkəti 2024-cü ilin sonuna prudensial hesabatlarında “Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudеnsiаl hеsаbаtların forması, məzmunu və dövriliyi haqqında Qaydalar”ın 2.8-ci bəndinin tələblərini pozub, gecikmə ilə təqdim edib. Odur ki, “Poçt haqqında” qanunun 13-4.4.6-cı maddəsinin tələbləri rəhbər tutalaraq, “Azərpoçt”a bu hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru