Azərbaycanın xaricə satdığı aqrar sektor məhsullarında ilk yerlərdən birini tutan nədir – bəli, pomidor.
Bu gün, 10:44
2024-cü ildə ixrac etdiyimiz pomidorun hər kilosu ortalama neçəyə olub – 1,2 dollar, və ya, 2 manat.
1 kq pomidordan, təqribən, 600-700 qram ketçup alınır – doğrudur, ketçup istehsalı üçün su, şəkər, uksus da lazımdır, amma, maya dəyərinin 80%-ni məhz pomidor təşkil edir.
Azərbaycanda Rusiya və Türkiyə istehsalı ketçupun 200 qramı, ortalama, 2,5 manatdır. Yəni, 1 kq pomidordan alınan ketçup 7,5 manata satılır, bu da 4 dollar 40 sent edir. Beləliklə, biz 1 kq pomidoru xaricə 1,2 dollara satıb, xaricdən pomidordan istehsal etdiyi ketçupu, tordan satış qiyməti ilə, ən azı, 3 dollara alırıq.
Bizim marketlərdə Rusiya istehsalı çox sayda ketçup var, biz də ixrac etdiyimiz pomidorun 85%-ə yaxınını Rusiyaya satırıq. Bəlkə də, Rusiya istehsalçısı bizdən 1,2 dollara aldığı pomidordan sonra ketçup istehsal edib elə bizə bunu 3 dollara (bir daha, topdansatış qiyməti) geri satır. Amma, Rusiya həm də öz ərazisində istehsal qurduğuna görə əlavə iş yerləri yaradır, ən əsası, əlavə dəyər yaradır. Sonra da məmləkətdə iş tapmayan azərbaycanlı, bəlkə də, Rusiyaya gedib elə həmin ketçup zavodunda iş tapır.
Bax belə bir iqtisadi vəziyyətdə, belə bir idarəetmə sistemində yaşayırıq, sonra da hətta Omandan ketçup idxal edirik...
Natig Cəfərli
TEREF