Magistratura proqramlarının yenilənməsi olacaq? - RƏSMİ AÇIQLAMA

Dünən, 09:10           
Magistratura proqramlarının yenilənməsi olacaq? - RƏSMİ AÇIQLAMA
"Azərbaycanda magistratura yalnız formal xarakter daşıyır, bakalavr səviyyəsi ilə heç bir fərqi yoxdur".

TEREF Xəzər TV-yə istinadla xəbər verir ki, bu sözləri Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiya Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, hazırda ölkədəki universitetlərdə magistratura səviyyəsində tədris olunan dərslər bakalavr proqramlarında keçirilən fənlərdən ciddi şəkildə fərqlənmir. Bu isə ixtisası üzrə mütəxəssisləşmək üçün magistratura təhsili alan tələbələrin gözləntilərini doğrultmur.

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, magistratura səviyyəsində daha çox təcrübəyönümlü layihələr və interaktiv dərs metodları tətbiq edilməli, tələbələrin ixtisas üzrə real iş mühitinə uyğunlaşmasına imkan yaradılmalıdır.

Elə magistratura tələbələri də proqramların praktiki cəhətdən daha da genişləndirilməsini istəyirlər.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, cari ildə magistratura proqramlarının yenilənməsi nəzərdə tutulur. Bunun üçün müvafiq işçi qrupları formalaşdırılır və ilk dəfə olaraq proqramların hazırlanmasına rəhbərlik akademik mühitlə yanaşı, işə götürənlərdən də olan nümayəndələrə həvalə olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.