Salyanda fəhlələrin pulunu kim yeyib? - VİDEO

Dünən, 00:03           
Salyanda fəhlələrin pulunu kim yeyib? - VİDEO
Salyanda kanalizasiya xətlərinin yenidən qurulması işlərini həyata keçirən və hazırda fəaliyyətini dayandırmış şirkətin əməkdaşlarının bəzilərinin əməkhaqları ödənilməyib.

"Xəzər Xəbər"ə müraciət edən "YKT TİKİNTİ" MMC-nin keçmiş işçiləri deyirlər ki, ötən il Salyan rayonunda sözügedən şirkətdə fəhlə olaraq çalışıblar. Lakin avqust ayında əmək haqqının ödənilməsi gecikib. Bu gecikmə sentyabr ayında da davam edib.

Şikayətçilərin sözlərinə görə, dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, nəticəsi olmayıb.

Məsələ ilə bağlı "YKT TİKİNTİ" MMC-nin keçmiş texniki korpus mühəndisi Faiq Əli bildirib ki, şirkət 2024-cü ilin yanvar ayından Salyan rayonunda kanalizasiya xətlərinin yenidən qurulması işlərini həyata keçirib. Lakin ilin sonuna yaxın maliyyə böhranı ilə əlaqədar işlərin azalması səbəbindən şirkət fəaliyyətini dayandırıb. Bildirilib ki, dekabr ayında sözügedən əməkdaşlara əməkhaqlarının bir hissəsi qismən ödənilib.

Qalan əməkhaqları isə iki həftə ərzində tamamilə ödəniləcək.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.