Ötən il Azərbaycanda orta əməkhaqqı 1002 manat olub
Bu gün, 16:34
Bu il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1 778,5 min nəfər olub, onlardan 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
İndex.az Dövlət Statistika Komitəsinə istinanadən xəbər verir ki, muzdla işləyənlərin 18,5 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 %-i təhsil, 13,5 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət, 2,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i maliyyə və sığorta fəaliyyəti, 15,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2024-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,1 % artaraq 1009,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.