Azərbaycan İspaniya və Çinin hərbi sənaye müəssisələri ilə əməkdaşlığı genişləndirir - FOTO

19-02-2025, 08:44           
Azərbaycan İspaniya və Çinin hərbi sənaye müəssisələri ilə əməkdaşlığı genişləndirir - FOTO
Azərbaycan İspaniya və Çinin hərbi sənaye müəssisələri ilə əməkdaşlığı genişləndirir.
Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində İspaniyanın “Escribano” şirkətinin prezidenti Xavier Escribano Ruiz və “İndra” şirkətinin sədri Angel Escribano Ruiz, həmçinin Çin Xalq Respublikasının “Norinco” şirkətinin prezidenti Çen Defan, İndoneziya Respublikasının “E-System Solutions FZ” şirkətinin icraçı direktoru Həbib Boukharouba ilə görüşüb.

Görüşlərdə şirkətlərin hərbi sənaye müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, bu sahədə qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti ilə İspaniyanın “Escribano” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, Çin Xalq Respublikasının “Norinco” şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalanıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.