Sakinlər Bakının mərkəzində qorxu içində YAŞAYIRLAR

20-02-2025, 11:14           
Sakinlər Bakının mərkəzində qorxu içində YAŞAYIRLAR
Nəsimi rayonu, Tbilisi prospektində yaşayan sakinlər deyirlər ki, aylardır küçə itləri onları təngə gətirib.

TEREF Baku TV-yə istinadən məlumat verir ki, sakinlər qorxularından evdən çıxmağa ehtiyat edirlər. Onların sözlərinə görə, uzun müddətdir bu məsələ kabusa çevrilib. Xüsusən gecə saatlarında vəziyyət daha da acınacaqlı olur.

"Körpə uşaqlarımız var, məktəbə gedirlər. İtlər hücum edir deyə onları qarşılaya bilmirik. Gərək itlər kimisə parçalamalıdır ki, bizə kömək etsinlər?!", - deyə narazı sakinlərdən biri deyib.

Problem ilə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələnin onlara aidiyyəti yoxdur. Əgər vətəndaş müraciət edibsə, bu, aidiyyəti üzrə yönləndirilir.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru