Bir çox hallarda özünə ziyan vuran da işçinin elə özü olur.
Dünən, 08:49

Dəfələrlə bu barədə statuslar paylaşmışam. Çox təəssüf ki, bu hallar hələ də davam edir Dəfələrlə bu barədə yazib, izahlar vermişəm.
Bir çox hallarda özünə ziyan vuran da işçinin elə özü olur. Bu gün də belə bir hüququ yardımla əlaqədar mənə müraciət olundu.Üç il əvvəl öz xahişi iıə (təbii ki, işəgötürənin təzyiqi ilə) ərizə yazaraq başqa işə keçən və Əmək müqaviləsinə imza edən işçi 3 il əvvəl işlədiyi işə geri qayıtmaq istəyir,məhkəməyə müraciət etmək üçün hüquqi yardım istəyir. İşçi hesab edirki,başqa işə keçən zaman onu aldadıblar.
Bu mübahisə ilə əlaqədar işçi bilmirki, əvvəla bu mübahisədə iddia müddətini buraxıb, bu növ iddialarla əlaqədar - 1 ay müddətində məhkəməyə müraciət etmək olar. Bu barədə yuxarı təşkilatlara, həmkarlar təşkilatlarına, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, dövlət orqanlarına və sair orqanlara müraciətetmək isə, mediasiya istisna olmaqla, digər hallarda iddia müddətinin axımını dayandırmır.
Digər tərəfdən əgər işçi özü Ərizə yazıb bir işdən digər işə keçibsə, digər vəzifə və ya peşə üzrə əmək müqaviləsi bağlayıbsa, heç bir məhkəmə onu - əvvəlki işinə bərpa edə bilməz. Belə ki, bu əmək müqaviləsi hər iki tərəfin qarşılıqlı iradəsi və ya razılığı əsasında həyata keçirilib.(təzyiq,hədə-qorxu,aldatma da var belə "könüllü razılaşmalarda")Əgər işçi hesab edirsə, bu halda onu aldadıblar və ya təzyiq ediblərsə, bu faktı da sübut etmək vəzifəsi də bu hallarda işçinin üzərinə düşür.
Çox təəssüf ki, bu kimi hallarda işçilər sahə üzrə mütəxəssislər və ya hüquqşünaslarla məsləhətləşmələr apatmadan bu addımı atırlar, sonradan peşman olduqda isə hüquqi tərəfdən həmin işçiyə heç bir kömək etmək mümkün olmur.
Azer Quliyev
TEREF