İctimai iaşə dövriyyəsinin ümumi dəyəri 187 milyon manatı ötüb

25-02-2025, 10:14           
İctimai iaşə dövriyyəsinin ümumi dəyəri 187 milyon manatı ötüb
Bu ilin yanvar ayında Azərbaycanda ictimai iaşə dövriyyəsinin ümumi dəyəri 187,9 milyon manat olub.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 21,2 % çoxdur.

Aylıq ictimai iaşə dövriyyəsinin 50,3 %-i hüquqi şəxslərin, 49,7 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Son 1 ildə hüquqi şəxslər üzrə dövriyyənin ümumi dəyəri 20,7 % artaraq 93,6 milyon manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru