“S&P Global” Azərbaycanda növbəti 2 il üçün inflyasiya proqnozunu açıqlayıb

25-02-2025, 10:34           
“S&P Global” Azərbaycanda növbəti 2 il üçün inflyasiya proqnozunu açıqlayıb
“S&P Global” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 4 % səviyyəsində proqnozlaşdırır.

İndex.az bu barədə agentliyə istinadən xəbər verir.

S&P-nin proqnozlarına görə, 2026-cı ildə ölkədə inflyasiya 3 %-ə qədər azalacaq.

İqtisadiyyat Nazirliyi ölkədə illik inflyasiyanı 2025-ci ildə 4,6 %, 2026-cı ildə 4 % səviyyəsində gözləyir. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin yanvarında) görə, bu il inflyasiya 5,5 %, 2026-cı ildə isə 3,8 % olacaq.

Öz növbəsində, Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanda inflyasiyanın bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % təşkil edəcəyini proqnozlaşdırır. Niderlandın “ING Group”u ölkədə istehlak qiymətlərinin 2025-ci ildə 4,8 %, 2026-cı ildə isə 4,7 % artacağını gözləyir.

Xatırladaq ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 % təşkil edib. 2025-ci ilin yanvar ayında istehlak qiymətləri 5,4 % artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru