Heydər Əliyev prospektində yolun bir hissəsi çöküb, nəqliyyatın hərəkətində sıxlıq yaranıb

25-02-2025, 08:24           
Heydər Əliyev prospektində yolun bir hissəsi çöküb, nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Ərazidəki yolun çökməsinə yeraltı su borularından birinin partlaması səbəb olub.
Bakının Nizami rayonunda yolun bir hissəsi çöküb.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, ərazidəki yolun çökməsinə yeraltı su borularından birinin partlaması səbəb olub.
Əraziyə DYP idarəsinin əməkdaşları cəlb olunub.
Yolda hərəkətin tənzimlənməsi istiqamətində işlər aparılır. Hava şəraiti və yaranan problem səbəbindən avtomobillərin hərəkətində müəyyən sıxlıq yaranıb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilir (APA).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru