Marketlərdə saxta içkilər satılır

7-03-2025, 09:34           
Marketlərdə saxta içkilər satılır
Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Abbasova Gülsəfa Firuddin qızına məxsus “Star” marketdə Agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib.

AQTA-dan XALQ.AZ–a verilən məlumata görə, baxış zamanı ticarət obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin saxtalaşdırma əlamətləri olan, idxal sağlamlıq aktı və Azərbaycan dilində etiket məlumatları olmayan alkoqollu içkilər aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, məhsullar satışdan kənarlaşdırılıb və ticarət obyektinin fəaliyyəti məhdudlaşdırılıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru