Dənizdə və ya quruda işləyən, ümumiyyətlə növbə üsulu ilə işləyən işçilərə, əgər Əmək müqaviləsində ümumi iş vaxtı 12 saat təyin edilibsə,8 saatlıq iş rejimi ilə işlədilə bilərmi?
Bu gün, 11:26

Bu sual da işçiləri, o cümlədən də neftçiləri maraqlandıran və mütəmadi olaraq müraciət edilən suallardan biridir .
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, iş vaxtının rejimi qaydaları: gündəlik iş vaxtının müddəti, onun başlanması və ya qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədlərivə onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə vaxtı, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri iləəvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisə daxili intizam qaydaları, əmək müqavilələri, və kollektiv müqavilələrlə müəyyən edilir.
Əmək münasibətlərində yuxarıda göstərilən hər hansı bir bu hallar isə Əmək Məcəlləsinin və Əmək müqaviləsinin tələblərinin pozulmasıdır. Belə ki, əgər işçi ilə bağlanmış Əmək müqaviləsində ümumi iş rejimi - 12 saat müəyyən edilibsə, haqqı ödənilən iş saatları 10-11 saatdan (nahar, fasilələr və digər istirahət vaxtı üçün 1-2 saat nəzərə alınmaqla) az olmamalıdır. Bundan əlavə bu halda işçilərin həm iş vaxtı, həm də istirahət hüquqları da pozulmuş olur. Belə ki, dənizdə 7 günlük və ya 15 günlük iş rejimində işləyən işçilər, aylıq normanı 15 -16 günə yığdıqları üçün ayın digər 15 - 16 gününü istirahət edirlər. 8 saatlıq iş rejimində işləyən işçilər isə 20-22 gün dənizdə olmaqla, məcburi olaraq dənizdə işləyəcək, dincəlmələri üçün isə 8-10 gün vaxtları olacaq. Qeyd olunan iş rejimində işləmək eyni zamanda İşəgötürən üçün də maliyyə və digər səbəblərdən də uyğun deyil.
Eyni zamanda bir faktı ds yaddan çıxarmaq olmaz ki,işçinin iş vaxtının rejimin və qaydası tərəflər arasında bağlanan Əmək müqaviləsi əsasında həyata keçirilir. Əgər işçinin Əmək müqaviləsində iş vaxtının ümumi rejimi 12 saat kimi rəsmiləşdirilibsə və işçi cəmlənmiş iş vaxtı uçotu rejimində işləyirsə, tərəflərin hər biri bu öhdəliyə əməl etmək onların əsas vəzifələrindən biridir.
Azer Quliyev
TEREF