Azəriqaz-da Qazinin hüquqları necə pozulur - ARƏM -in müvafiq qurumlar tərəfindən "yaddan çıxmış" və tədbiq olunmayan maddələri!
Bu gün, 11:12

Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət
Maddə 311. Əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti
Maddə 312. Əmək qanunvericiliyini pozmağa görə inzibati məsuliyyət
Maddə 313. Əmək qanunvericiliyini pozmağa görə cinayət məsuliyyəti
Azəriqaz İB tərəfindəın ölkənin Əmək Məcəlləsi pozulur .
Ağakişiyev İlqar Əli oğlu 1992 ci ildə Vətən uğrunda müharibədə iştirak etmiş və yaralanmışdır. Müharibə vaxtı kontuziya da alıb(sənədlər əlavədə) Hal hazırda Azəriqaz İB Neftçala xidmət sahəsində operator vəzifəsində çalışır. Sabah onu Azəriqaz İB gedən ixtisarlarla əlaqədar imtahan verməyə çağırıblar. Bu isə Azəriqaz İB rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulmasıdır. Belə ki:
1."Ştatların ixtisarı və işçilərin sayının azaldılması" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 77,78, 79 və 80-cı maddələri ilə tənzimlənir.
2.Bu zaman İşçilərin peşəkarlığının müəyyən edilməsi qaydaları konkret olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.-ci maddəsi ilə müəyyən edilir.
3.Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır.
4.İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
5.✅Bu zaman ( maddə 3,4) işçilərin peşəkarlığı imtahan yolu ilə deyil, işçinin bu günə qədər olan əmək funksiyası və vəzifələrinin yerinə yetirilməsi ilə müəyyən edilir. İşçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmayan hər hansı bir test imtahanlarında cəlb oluna bilməzlər və onların qiymətləndirilməsi test imtahanları ilə deyil, əmək münasibətlərində olduqları müddətdə əmək naliyyətlərinə və peşəkarlıqlarına görə qiymətləndirilməlidir. Bu hal isə yalnız Məcəllənin 65-ci maddəsi ilə tənzimlənə bilər.☝.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən: İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
Bu halda isə Vətənin müdafiəsi,azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etmiş və yaralanmış, xəsarət almış ,Ağakişiyev İlqar Əli oğlu Attestasiyaya da cəlb oluna bilməz.
Mirvari Gahramanli
TEREF





