Yanacaqdoldurma məntəqələrində benzin yüksək təzyiqlə vurulanda 1-2 litr kəsilir?

23-04-2025, 17:44           
Yanacaqdoldurma məntəqələrində benzin yüksək təzyiqlə vurulanda 1-2 litr kəsilir?
Son günlər sosial şəbəkədə sürücülər məntəqələrdə yanacağın aşağı təzyiqlə vurulmasını tələb etdiklərini bildiriblər.

Bəs yanacaq sürətlə vurulanda həqiqətənmi çən köpüklə dolur?

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, avtomobillərin yanacaq sistemləri üzrə mütəxəssis Pərviz İsmayılov bildirib ki, görüntülər yanacaqdoldurma avadanlığının reklamı ilə bağlı çəkilib.

Yəni "yanacaq yüksək təzyiqlə vurularsa, çənə daha az yanacaq dolar" yanaşması reallığı əks etdirmir.

İddialardan biri də yanacağın doldurulma sürətinin çəndəki çöküntüləri qaldırması ilə bağlıdır.

Bildirilib ki, bu həm də avtomobilin yanacaq sisteminə ciddi ziyan vurur.

Pərviz İsmayılovun sözlərinə görə, yanacağın doldurulma sürəti əksər avtomobillərdə çəndəki çöküntüləri qaldıracaq səviyyədə olmur. Buna səbəb isə avtomobilin yanacaq sisteminin quruluşudur.

Mütəxəssis onu da əlavə edib ki, yanacaqların təmizliyi "YDM"lərin qurğularındakı süzgəclərin vaxtında dəyişdirilməsindən asılıdır.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru