Azərbaycanda 1 milyonluq şirkət ləğv edilərək 19 milyon manatlıq MMC-yə qoşulur

2-05-2025, 15:24           
Azərbaycanda 1 milyonluq şirkət ləğv edilərək 19 milyon manatlıq MMC-yə qoşulur
“Saloglu Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yenidən təşkil olunacaq.

Trend-in əldə etdiyi məlumata görə, buna səbəb “Saloglu Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sözügedən MMC-yə qoşularaq ləğv olunduğunu elan etməsidir.

Artıq qeyd olunan şirkətlərdə bununla bağlı müvafiq işlərə başlanılıb.

Qeyd edək ki, “Saloglu Kommersiya” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 891 010 manat olan MMC-nin qanuni təmsilçisi Fərəcov İlkin Azər oğludur.

“Saloglu Holding” MMC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 18 970 020 manat olan şirkətin qanuni təmsilçisi də Fərəcov İlkin Azər oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru