Diqqət! “Kapital Bank” sizi buna görə cərimələyə bilər – FOTO

Dünən, 16:47           
Diqqət! “Kapital Bank” sizi buna görə cərimələyə bilər – FOTO
“Kapital Bank”a olan borcunu ödəmək üçün başqa bankdan kredit götürən vətəndaşı birinci bank cərimələməklə hədələyir.

Tribunainfo.az xəbər verir ki, bu problemlə vətəndaş Nuranə Heybətova üzləşib. O bildirib ki, “Kapital Bank” qanunsuz olaraq ona cərimə yazacağını deyir:

“Başqa bankdan pul götürüb “Kapital Bank”a olan krediti bağlamaq qərarına gəldim və əlavə də pul götürdüm. “Kapital Bank” isə deyir ki, mənə cərimə tətbiq olunacaq, çünki müştəri kimi başqa banka getmişəm.
Mənə hansı əsasla bir bank belə qanunsuz cərimə tətbiq edə bilər? Müqavilədə yazılmış olsa belə, mənə bildirilməyib. Hətta yazılmış olsa belə, bu qayda qanunsuzdur. Deməli belə çıxır ki, bu ölkədə özbaşınalıqdır – kim nə istəsə, müqaviləsinə yaza bilər?

Məsələn, internet provayderini dəyişmək istəyirsən, şirkət deyir ki, siz bizi başqa şirkətlə əvəz etdiyiniz üçün cərimə ödəməlisiniz, çünki müqaviləmizə belə bir bənd daxil etmişik və sizə də bunu təqdim etmişik.

Gedib sabah müqaviləni tapacağam, görüm bu bənd necə yazılıb. Əgər yazılıbsa, hansı əsasla yazılıb, bununla bağlı rəsmi cavab tələb edəcəyəm”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar İxtiyarqızı













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.