Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir - İDDİA

3-05-2025, 00:07           
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir - İDDİA
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirinin müavini Pərvin Ağasıyev və Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Aynurə Dadaşovanın tutduğu vəzifələrdə qanunsuz olaraq fəaliyyət göstərdiyi iddia edilib.
"DİA-AZ" oxu.az-a istinadən xəbər verir ki, Pərvin Ağasıyev və Aynurə Dadaşova barəsində edilən paylaşımlarda onların Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğu imtahanını keçmədikləri üçün sistemdə adlarının olmadığı söylənib.
Sözügedən iddialara cavab almaq üçün aprelin 26-da Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb. Sorğuya cavab veriləcəyi bildirilsə də, 6 gündür cavablandırılmayıb.
Qeyd edək ki, "Media haqqında" Qanuna görə, informasiya əldə edilməsi barədə yazılı sorğuya "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru