TikTok fantastik məbləğdə CƏRİMƏLƏNDİ

Dünən, 11:14           
TikTok fantastik məbləğdə CƏRİMƏLƏNDİ
Avropa Birliyi "TikTok"un Çin hakimiyyəti ilə istifadəçi məlumatlarını paylaşdığı iddialarına qarşı hərəkətə keçib.

Ajans.az xəbər verir ki, Birliyi təmsil edən İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası Çin mənşəli sosial media platformasına 530 milyon avro (600 milyon dollar) cərimə tətbiq edib. "TikTok" bu qərara etiraz etməyi planlaşdırdığını açıqlayıb.

Şirkət daha əvvəl inkar etdiyi halda, Avropa istifadəçilərinin məlumatlarını Çində saxladığını etiraf edib, lakin Çin hökumətindən bu məlumatlarla bağlı heç bir rəsmi tələb almadığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.