Azərbaycanda lizinq qiymətləri DODAQ UÇUQLADIR - Bəs vətəndaşlar niyə buna üstünlük verir?

Dünən, 11:24           
Azərbaycanda lizinq qiymətləri DODAQ UÇUQLADIR -
2024-cü ildə avtokreditlərin 65 %-i elektrik və hibrid avtomobillərinə verilib. Belə ki, bu göstərici bir ildə 17% artıb.
Bəs ölkədə avtokreditlərə deyil, lizinqə daha çox üstünlük verilməsinin səbəbi nədir?
Milli Məclisin deputatı Vüqar Bayramov “Referans”-a açıqlamasında bu sualı cavablandırıb.

“Lizinqlə avtomobillərin alınması birbaşa ödənişlərin uzunmüddəti əhatə etməsi ilə bağlıdır. Bir tərəfdən bəzi vətəndaşlarımızın birbaşa ödəniş imkanları məhduddur amma avtomobilə tələbləri var. Avtomobil krediti götürərək avtomobil alan zaman kredit şərtləri həmin şəxslər üçün uyğun olmur. Çünki avtomobil kreditləri yalnız yeni avtombillərə verilir. Ən yaxşı halda 1-2 işləmiş avtomobillər üçün mümkündür. Digər tərəfdən isə iş yerindən arayış və s. şərtlər artıq vətəndaşlarımızın daha çox lizinqə müraciət etməsinə səbəb olur. Avtomobil krediti şərtlərinə yenidən baxılaraq yumşaldılmasının həyata keçirilməsi daha məqsədəuyğundur. Burada həm şərtlərin yumşaldılmasına, həm də faizlərin endirilməsinə ehtiyac var ki, vətəndaşlarımız uzun müddətli və eyni zamanda əksər hallarda yüksək faizli lizinqdən istifadə edib avtomobil almaq məcburiyyətində qalmasınlar”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, Azərbaycanda lizinq faizləri daha yüksək olduğuna görə, bu, banklara daha çox sərf edir.

“Əslində, vətəndaşa da bu sərf edir çünki daha uzun müddətli olur amma lizinqə verilən avtomobillərin faiz dərəcələrini hesablasaq, görərik ki, avtomobilin ən azından iki qat məbləği ödənilir. Bu banklar üçün də sərfəlidir, lizinq vasitəsilə vətəndaş da uzun müddətə götürdüyü üçün aylıq ödənişi də daha az başa gəlir. İnsanların gəlirlilik səviyyəsini nəzərə alanda onların bu davranışının səbəbini anlamaq olur”.

Ekspert qeyd edib ki, avtomobillə bağlı hər bir sahədə hibrid və elektrikli avtomobillərə üstünlük verilməsi olduqca müsbət haldır.

“Ölkənin avtomobil parkı yenilənməlidir. Azərbaycanda hələ də köhnə avtomobillər həddindən artıq çoxdur. Bunun həm təhlükəsizliyə, həm də ekoloji məsələlərə təsiləri var. Son zamanların ən müasir avtomobilləri də elə elektrik və hibrid avtomobillər sayılır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.