Minimum saatlıq əməkhaqqı nə qədər olacaq? – EKSPERTDƏN AÇIQLAMA

Dünən, 12:44           
Minimum saatlıq əməkhaqqı nə qədər olacaq? – EKSPERTDƏN AÇIQLAMA
“Minimum saatlıq əməkhaqqı azdır”.

Bu sözləri İndex.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Oruc söyləyib.

Ekspertin sözlərinə görə, insanlar maaşlarını minimum aylıq əməkhaqqı olan 400 manata uyğun alırlar:

“Bir ayda 22 gün iş günü olduğunu nəzərə alsaq, hər gün 8 saat çalışan işçinin minimum saatlıq əməkhaqqısı 2 manat 27 qəpiyə düşür. Bu isə indiki bazar qiymətlərinə görə, çox aşağıdır. Bilirsiniz ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqısı 1000 manatdan yuxarıdır. Bu hesabla həmin şəxslərin saatlıq əməkhaqqısı 5 manat civarında formalaşır”.

Vüqar Oruc bildirib ki, bu qiymətlərin formalaşmasında bir çox amil var:

“Ümumi götürsək bu rəqəmin formalaşmasında hər ölkənin öz iqtisadi gücü və iqtisadi inkişaf səviyyəsi böyük rol oynayır. Bununla yanaşı işçi tələbatının çox və ya az olması bazarda işçi qüvvəsinin təklif və satış qiymətini müəyyən edir”.

Ekspert bu sistemin illərdir istifadə edildiyinə diqqət çəkib:

“Qeyd edim ki, ölkəmizdə tədris sahəsində əməkhaqqının saatlıq ödənməsi illərdir həyata keçirilir. Bütün sahələrdə bu sistemə keçmək həm içilər üçün, həm də işverənlər üçün daha əlverişli olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.