Bina evlərində yaşayanların BÖYÜK ÇƏTİNLİYİ - Su çənlərinin quraşdırılmasına NİYƏ İCAZƏ VERİLMİR?

Dünən, 09:36           
 Bina evlərində yaşayanların BÖYÜK ÇƏTİNLİYİ -
Bir çox bina evlərində su çənlərinin quraşdırılmasına icazə yoxdur. Lakin mənzillərdə su kəsintilərinin olması və yaxud suyun müəyyən saatlarla verilməsi də Azərbaycanda çox tez-tez baş verən haldır. Bu da vətəndaşlara çətinlik yaradır.

Bina evlərində su çənlərinin quraşdırılmaslna nəyə görə icazə yoxdur? Su kəsintisinə qarşı başqa alternativ tədbirlə görülürmü?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Referans”-a açıqlamasında bu sualları cavablandırıb.

“Əslində, bu məsələyə yanaşma hardasa düzgündür. Çünki ölkə vətəndaşlarının hüquqları bərabər olmalıdır və kommunikasiya xidmətlərinin təmin olunması da eyni şəkildə olmalıdır. Yəni müəyyən bir ərazidə kommunikasiyanın gecə-gündüz daim mövcud olması, digərində isə qismən verilməsi düzgün deyil, qeyri-bərabərlik yaranır. Sözsüz ki, vətəndaşlar bəzən çalışırlar su çənləri vasitəsilə bu problemi həll etsinlər. Çoxmənzilli binaların üzərində su çənlərinin quraşdırılması isə qanunla yol verilməzdir. Bu çənlərin sayı çox olması, bina üçün əlavə ağırlıq deməkdir və təhlükəli vəziyyət yaradır. Bu baxımdan, bu çənlərin Bakı şəhərinin bir çox ərazilərində sökülməsi işləri həyata keçirilir”.

Ekspert çoxmərtəbəli yaşayış binalarında su kəsintisi probleminin həlli üçün bir sıra təkliflərlə çıxış edib.

“Alternativ çıxış yolu yalnız həmin mənzillərin tavan hissəsində azhəcmli su çənlərinin yerləşdirilməsi məsələsi ola bilər. Daha sonra çöldən quraşdırıla bilər əlavə su nasosları ilə problem öz həllini tapa bilər. Təbii ki, bu ərazilərə əlavə su xətlərinin çəkilməsi daha məqsədəuyğun ola bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.