Plana düşən Bakı evləri: Kimlər nə qədər pul alacaq? - AKTUAL

3-05-2025, 10:50           
Plana düşən Bakı evləri: Kimlər nə qədər pul alacaq? - AKTUAL
Xəbər verdiyimiz kimi, Bakı şəhərində köhnəlmiş və şəhərin ümumi görünüşünə mənfi təsir göstərən binaların sökülməsi ilə bağlı yeni tədbirlər görülür. Bu məqsədlə, artıq iki xüsusi komissiya yaradılıb.

Globalinfo.az-a danışan memar, professor Cahid Həsənov deyib ki, burada iki istiqamət var:

“Əsasən “Xruşovkalar” və daha əvvəlki dövrlərdən qalan tikililər ön plandadır. Mərtəbə sayından asılı olmayaraq, onlar təxminən 50-100 ildir mövcuddurlar və istismar müddətləri başa çatıb. Xüsusilə texniki baxımdan günümüzün standartlarına cavab vermirlər. İkinci məsələ istismar müddəti başa çatmayan binalarla bağlıdır. Mümkündür ki, bəzi binalar vizual baxımdan yararsızdır. Yəni paytaxtın ümumi memarlıq görkəminə mənfi təsir göstərir. Qərar yaşayış evləri ilə yanaşı, inzibatı binalara da aid edilə bilər. Hətta bir neçə məhəllələrə şamil olunması gündəmdədir”.

Memarın fikrincə, əhali sıxlığı çoxaldıqca, belə tikililərin sökülməsi prosesi sürətlənməlidir:

“Lakin onların yerində çoxmərtəbəli binaların əsasını qoymaq, sıxlığı daha da artırmaq olmaz. Sökülən əraziləri yaşıllıq zolağına qata bilərik. Bakıda binaları sayı azaldılmalıdır. Bir sözlə, şəhərin təbii havalandırması olmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru