Bölgələrdəki aeroportlar niyə işləmir? - Uçuşların olmamasının əsas səbəbi AÇIQLANDI VİDEO
Bu gün, 11:36
Ölkədə 12 hava limanı mövcuddur ki, bunlardan 8-i beynəlxalq statusa malikdir. Lakin hazırda cəmi dördü fəaliyyət göstərir, onların da ikisində qismən uçuşlar həyata keçirilir.
Bəs görəsən, 8 beynəlxalq hava limanından niyə 4-də uçuşlar həyata keçirilmir?
İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, burada subyektiv və qeyri-peşəkar idarəetmənin təsirləri kifayət qədər yüksəkdir:
"Zaqatala Beynəlxalq Hava Limanının bərpasına 40 milyon manatdan artıq vəsait sərf olunub, yalnız 1 reys həyata keçirilib. Həmin müddət ərzində 70 nəfərdən bir az artıq sərnişin bu xidmətdən istifadə edib. Sonrakı dövrdə isə hava limanı fəaliyyət göstərməyib. Zaqatala bölgəsinin cəlbedici turizm resurslarını nəzərə alsaq, güzəştli şərtlərlə bu hava limanının uçuşlarının təşkil edilməsi mümkün görünür".
Bir sözlə, bağlı qalan hava limanlarına uçuşların olması üçün ilk növbədə bu regionlara xarici qonaqların marağını artırmaq lazımdır. Yəni xarici ölkələrdə həmin regionların istirahət məkanları, gəzməli yerləri ilə bağlı təbliğat aparılmalıdır.