Balaca bloqerin inanılmaz uğuru: Cəmi dörd yaşı var, artıq "Forbes"un siyahısındadır

16-05-2025, 17:24           
Balaca bloqerin inanılmaz uğuru: Cəmi dörd yaşı var, artıq "Forbes"un siyahısındadır
Rusiyanın Yekaterinburq şəhərindən olan Yeva Karpikau cəmi dörd yaşında "Forbes"un siyahısına düşüb.

Oxu.Az bu barədə Lenta.ru-ya istinadla xəbər verir.

Bildirilir ki, o, Rusiyada 30 yaşadək ən perspektivli şəxslər siyahısına düşüb.

Qeyd edək ki, balaca Yevanın bloqu son bir ildə məşhurlaşıb. Onun "Instagram" hesabını valideynləri idarə edir. Orada həm gündəlik həyatı əks etdirən videolar, həm də sevgi, münasibətlər və həyat haqqında Yevanın düşündürücü fikirləri paylaşılır.

Hazırda Yevanın hesabına 1 milyondan çox izləyici abunədir. İzləyicilər onun aydın və axıcı danışığına, həmçinin bloqun fərqli və maraqlı konsepsiyasına heyran olduqlarını bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru