Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Sumqayıt bulvarından uşaqlara "hədiyyə" - Attraksionların qiyməti bahalaşıb?

3-06-2025, 11:02           
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Sumqayıt bulvarından uşaqlara "hədiyyə" -
Aparıcı Mətanət Əliverdiyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə attraksionların qiymətinin artmasından şikayətlənib.

Oxu.Az xəbər verir ki, bu barədə o, aparıcısı olduğu "Xəzər axşamı" verilişində danışıb.

O bildirib ki, həmin gün attraksionların qiyməti 1 manatdan 3-5 manatadək artıb:

"Serial çəkilişindən çıxıb Sumqayıt bulvarına yollandım. Buradakı attraksionlar Bakı ilə müqayisədə ucuz olur. Bir manatdan baha olmur, bəzən isə əlli qəpik də olur. Amma dünən bilmədim ki, uşaqların, yoxsa cibinizin müdafiəsi günü idi. Ayıb olsun, kiminsə adından istifadə etməyin. Hamısına da şamil etmirəm. Elə işbazlar var idi ki, uşaqların sıxlığını yox, ciblərinin sıxlığını tənzimləmək istəyirdi. Bir evdən 4-5 uşaq gəlir, qiyməti 1 manatdan 3-5 manata qaldırmaq nə deməkdir?" - deyə, o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru